İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımızın yandırılması Türkiyə və Rusiya medialarında da müzakirə edilib. Bu barədə İnsanoid bu gün, 15 aprel tarixində xəbər verir.
Azərbaycan əsgərlərinin azaraq Ermənistanda tutulmasından sonra işgəncələrə məruz qalmaları, bayrağımızın beynəlxalq səviyyəli turnirin açılış mərasimində yandırılması bir daha özlərini “hay” adlandıranların iç üzünü ortaya çıxarıb.
Bununla da ermənilərin beynəlxalq arenada yaratmaq istədikləri “sülhsevər xalq” imici xəyalları suya düşüb.
Türk KİV-ləri bildirib ki, Ermənistanda bayrağın yandırılması onların nüfuzuna kölgə salıb. Rusiya mediasında da baş vermiş hadisə müzakirələrə səbəb olub.
Təxribata reaksiya erməni deputatlardan da gəlib. Onlardan bir neçəsi baş verənlərə görə beynəlxalq ictimaiyyətdən üzr istəyib.