Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb. Bu barədə Report 11 mart tarixində xəbər verib.
Martın 9-da Gəncə şəhər sakini, 17 yaşlı Ceyran Bayramova yaşadığı evdən işə getmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.
Qeyd edək ki, C.Bayramova ötən ilin noyabr ayında da itkin düşmüşdü. Daha sonra o, polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilmişdi.