Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub. Bu haqda bu gün, 23 noyabr tarixində Report xəbər verir.
İsrail Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara görə təşəkkürünü bildirib. O, həmçinin bildirib ki, bu,İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir addımdır.
Telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.