İsrailin xarici işlər naziri İsrail - Azərbaycan münasibətlərindən danışıb. Bu barədə Report 19 aprel tarixində xəbər verib.
İsrail dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olub.
Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrə toxunaraq ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib.