Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Archi Glass” MMC-də yeni istehsal xətti yaradılıb. Bu barədə 5 aprel tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, quraşdırılan avadanlıq iki və üçkameralı, həmçinin skylight paket şüşələrin istehsalında istifadə olunur. Müəssisənin illik istehsal gücü 250-280 min m² şüşə təşkil edir. Orada 1000 çeşiddən çox məhsul emal edilir.
Qeyd edək ki, “Archi Glass” MMC 2018-ci ildə yaradılıb. Müəssisənin investisiya dəyəri 5,4 milyon manatdır. Orada 50-dən çox işçi çalışır.