2024-cü il Avropa çempionatının seçmə mərhələsinin 2-ci turunda keçiriləcək İsveç - Azərbaycan oyununun bilet satışına start verilib. Bu barədə Report 1 fevral tarixində xəbər verib.
Biletlərin qiyməti sektordan asılı olaraq, 150-300 İsveç kronu (təxminən 25-50 manat), xüsusi assosiasiya biletlərinin qiyməti isə 75 krona (12 manat) bərabərdir.
İsveç – Azərbaycan matçı martın 27-də Stokholmdakı “Friends Arena”da keçiriləcək.