Bu gün, aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevə (Əjdər Ol) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu haqda APA məlumat verib.
O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ə.Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, “mənimsəmə, külli miqdarda törədildikdə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “külli miqdarda rüşvət alma” maddələrilə ittiham olunub.
Əjdər Ol şair-publisist və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.