Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 1-də Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu haqda martın 28-də Nazirliyin saytında məlumat verilib.
Görüş 09:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbul zamanı vətəndaşların müraciətləri cavablandırılacaq və müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Görüşdə iştirak etmək üçün 050-205 54 24 nömrəsinə, “1652” çağrı mərkəzinə zəng etməklə və ya [email protected] elektron poştuna yazmaqla qeydiyyatdan keçmək lazımdır.
Qeyd edək ki, vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.