Kürdəmirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Bu barədə martın 31-də APA xəbər verib.
Narkotik satışı ilə məşğul olan Bakı şəhər sakini və Kürdəmir rayon sakini tutulub. Onların üzərindən heroin və tiryək, habelə 39 ədəd güclü təsiredici həblər aşkarlanıb. Saxlanılan şəxslər törətdiklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi açılıb. Onlar barəsində həbs qətimkan tədbirləri seçilib.