Kəlbəcərdə baş vermiş qəza nəticəsində sürücü dünyasını dəyişib. Bu haqda bu gün, 23 noyabr tarixində Lent.az xəbər verir.
Hadisə rayonun Bağlıpəyə kəndində qeydə alınıb.
Verilən məlumata əsasən, noyabrın 18-də Kəlbəcər rayon Bağlıpəyə kəndi ərazisində Bakı şəhər sakini, 50 yaşlı Tağıyev Fariz Rəhim oğlunun idarə etdiyi frontal yükləyici aşıb. Nəticədə sürücü dünyasını dəyişib.
Faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.