Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçi gizir Hümbətov Zöhrab Məmməd oğludur. Bu barədə 14 dekabr tarixində Report məlumat verib.
Şəhid hərbçi Tovuz rayonundandır. Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.
O, 10 ildən artıq hərbçi olub. Şəhidin 3 övladı var.
Qeyd edək ki, ötən gün Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.