Kəlbəcər rayonunda inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobili qaçırılıb. Bu barədə 15 dekabr tarixində Report məlumat verib.
Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən - orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.
Avtomobil şirkətə təhvil verilib.
Araşdırma aparılır.