Göygöldə “BMW” və “Porche” yandırılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 12 aprel tarixində xəbər verir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində “BMW” və “Porsche” markalı minik avtomobillərin yandırılması barədə məlumat daxil olub.
Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.
YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb.
Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.