Kişi voleybolçular arasında Azərbaycan çempionatında 3-cü turun oyunları keçiriləcək. Bu barədə 25 yanvar tarixində Azərbaycan Voleybol Federasiyası məlumat verib.
Yüksək Liqada I dövrənin son qarşılaşmaları yanvarın 26-da və 27-də baş tutacaq.
Yanvarın 26-da saat 18:00-da start götürəcək görüşdə “Neftçi” MOİK-i sınağa çəkəcək. Növbəti gün ”Murov” - “Xarı bülbül” oyunu keçiriləcək. Matç saat 16:00-da başlayacaq.
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.