Bakı və Abşeron ərasizində 26-27 noyabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Bu barədə 23 noyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli, təbii və mövsümi kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkalarda məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.
Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 80-ə yaxın fermer 50-yə yaxın regionu təmsil edəcək. Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
[gallery link="file" size="full" ids="95465,95466,95467"]