Kürdəmir rayonunda 16 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edilib. Bu barədə noyabrın 17-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynlər ailə daxilində kiçik bir mərasimin keçirildiyini etiraf ediblər.
Onlar övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyni bildiriblər.
Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Kürdəmirdə məktəbli qızın nişanlanması ilə bağlı paylaşım etmişdir. O, qurumları təcili tədbir görməyə çağırmışdır.