Kürdəmirdə azyaşlılar arasındakı mübahisə bıçaqlanma ilə yekunlaşıb. Bu barədə 16 dekabr tarixində Bizim.media məlumat verib.
Rayon sakini, 13 yaşlı Rəfael Quliyev aralarında yaranan mübahisə zəminində tanışı, 15 yaşlı İsmayıl Gülməmmədov tərəfindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı dərhal ətrafdakı insanların köməyi ilə rayon xəstəxanasına çatdırılıb. Zərərçəkənə ilkin tibbi yadrım göstərilsə də, vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Fakla bağlı araşdırma aparılır.