Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Bu haqda aprelin 6-da Report məlumat yayıb.
Belə ki, dövlət yol polisi “Nissan” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verib.
Daha sonra Lənkəran rayon sakini Ş.Qasımovun narkotik vasitədən istifadə etdiyi məlum olub. Onun barəsində toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib.