Bakı şəhərində tapılan odlu silah polis idarəsinə təhvil verilib. Bu haqda 8 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Polis əməkdaşları Sabunçu rayonunda profilaktik tədbirlər keçiriblər. Laçın rayon sakini T.Rzayev tapdığı 1 ədəd “AK-74” markalı avtomat silahını, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq polis idarəsinə təhvil verib.