Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq, ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirirlər.
Bu barədə 28 mart tarixində APA məlumat verib.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu davam etdiriblər. Ekofəallar günə Azərbaycan Dövlət Himnini səsləndirməklə başlayıblar.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.