Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq, ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirirlər. Bu barədə 22 aprel tarixində APA məlumat verib.
Məlumata əsasən, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər.
Ekofəallar günə Azərbaycan Dövlət Himnini səsləndirməklə başlayıblar.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.