Lənkəranda obyektdə partlayş baş verib. Bu barədə Report 18 yanvar tarixində xəbər verib.
Lənkəran şəhərinin “Ləvəngi” dairəsi adlanan ərazisində 28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya gəlib, qapını açıb içəri daxil olaraq elektrik lampalarını yandıran zaman partlayış baş verib.
Nəticədə M.İsazadə hər iki əlindən və sifətindən yanıq xəsarətləri alıb. İlkin araşdırma zamanı partlayışın başvermə səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borularında sızmanın olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.