Lənkəran şəhərində yanğın baş verib. Bu barədə noyabrın 9-da Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Digah kəndində qeydə alınıb. Nəticədə birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Xəsarət alan iki nəfər xəstəxanaya aparılıb.
Bitişik ev alovdan mühafizə olunub. Yanğın söndürülüb.