Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 7 mart tarixində məlumat verib.
Hadisə Lənkəran - Boradigah yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ - 21015" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.
Nəticədə 36 yaşlı Masallı rayonunun Ərkivan qəsəbə sakini Elçin Rəhimov, 41 yaşlı Lənkəran rayonunun Mollakənd kənd sakini Nazim Əliyev və 44 yaşlı Lənkəran şəhər sakini Ülviyyə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.