Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. Bu barədə Report 21 aprel tarixində xəbər verib.
Rayonun Sütəmurdov kəndi ərazisində "Chevrolet Cruze" markalı minik avtomobili 18 yaşlı Xədicə Kərimovanı və onun 17 yaşlı qardaşı Həsən Kərimovu vurub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
H.Kərimovun vəziyyəti daha ağır olduğundan reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_113393" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]