Lənkəranda zavodda 30 yaşlı gözətçinin meyiti aşkarlanıb. Bu barədə 31 mart tarixində Report məlumat verib.
Hadisə ötən gecə rayon ərazisində yerləşən zavodların birində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Kosalar kənd sakini, 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu Möhsümzadə işlədiyi asfalt zavodunun ərazisində ölüb.
Onun meyiti səhər iş yerinə gələn şəxslər tərəfindən aşkarlanıb.
Hadisə yerinin ilkin müayinəsi və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti müşahidə olunmayıb.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.