Azərbaycanın fransadakı səfiri Leyla Abdullayeva Fələstinin bu ölkədəki səfiri Hala Abou-Hassira ilə görüşüb. Bu barədə 11 mart tarixində Leyla Abdullayeva “Twitter“ səhifəsində məlumat verib.
Diplomat bildirib ki, Hala Abou-Hassira ilə görüş zamanı maraqlı müzakirə aparılıb.
“Hörmətli həmkarıma səmimi qəbula və faydalı fikir mübadiləsinə görə təşəkkür etmək istərdim”, - deyə Leyla Abdullayeva paylaşımında bildirib.
Les discussions intéressantes ont eu lieu avec l'Ambassadrice de l'État de #Palestine @HalaAbouHassira.
Je remercie chère collègue pour l'accueil chaleureux et les échanges utiles. pic.twitter.com/LbGgP53Xio
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) March 10, 2023