Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Boillon (Anne Boillon) ilə görüşüb. Bu barədə 23 noyabr tarixində diplomat öz “Twitter” hesabında paylaşım edib.
“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Boillon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”, - o bildirib.
Qeyd edək ki, A.Boillon noyabrın 10-da Azərbaycana səfir təyin edilib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun diplomatik missiyası noyabrın 21-də başa çatıb və o, Bakını tərk edib.
Un échange de vues franc &très utile a eu lieu avec l'Ambassadrice Anne Boillon @Niece_de_Rameau juste avant de son départ en Azerbaïdjan. Je souhaite plein succès à Mme l'Ambassadrice dans son importante mission.
Wishing the new Ambassador of?? in ??all the best in her mission. pic.twitter.com/RBuRRq2WwE
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) November 23, 2022