Prezident İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu haqda martın 30-da Avropa İttifaqı Şurasının rəsmi səhifəsində məlumat verilib.
Görüş 6 aprel tarixində Belçikanın Brüssel şəhərində təşkil olunacaq.
Sonuncu dəfə iki ölkə rəhbəri dekabrın 15-də görüşmüşdür.
Qeyd edək ki, martın 14-də Azərbaycan Ermənistana sülh üçün təqdim edilən təklifləri açıqlamışdır.