2022-ci ilin sonunadək Azərbaycanın İtaliyaya qaz ixracı 9,5 milyard kubmetrə çata bilər. Bu barədə 2 aprel tarixində energetika naziri Pərviz Şahbazov öz Twitter səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə bu gün keçirilən görüşdə iki ölkə arasında enerji əməkdaşlığının artan rolu dəyərləndirilib.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri @luigidimaio ilə görüşdə çoxölçülü strateji tərəfdaşlığımızda #enerji əməkdaşlığımızın artan rolunu dəyərləndirdik. Hazırkı artım tempi davam edərsə ilin sonuna qədər İtaliyaya #Qazİxracımız 9.5mlrd.m3-ə çata bilər. pic.twitter.com/1cSqGlYT2X
— Parviz Shahbazov (@ParvizShahbazov) April 2, 2022