Bakı Apellyasiya Məhkəməsində sabiq səfir Eldar Həsənovun apellyasiya şikayəti təmin edilməyib. Bu barədə APA aprelin 5-də məlumat yayıb.
Eldar Həsənov Cinayət Məcəlləsinin “mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda”, “dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə” və “vəzifə saxtakarlığı” maddələrilə ittiham olunub.
E. Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.