Abşeron rayonunda ticarət mərkəzindən oğurluq edilib. Bu barədə noyabrın 18-də DİN-dən bildirilib.
Hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, mağazanın qarşısından 23 min manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Ənvər İmaməliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Səmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.