Xəzər rayonu, Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb. Bu barədə 4 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Təxminən 45-50 yaşlarında olan cəsədin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.
Meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
“Bu şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda bildirilib.