Azərbaycanın qadın güləşçisi Mariya Stadnik yeni məşqçi ilə anlaşıb. Bu barədə Report 6 mart tarixində xəbər verib.
2 qat dünya və 8 qat Avropa çempionu özü açıqlama verib.
Ukrayna əsilli, titullu idmançı bildirib ki, bu ilin yanvarından rusiyalı Semyon Ştirevlə işləyir: "Artıq yaxşı, düzgün hazırlığa başlamışıq".
Qeyd edək ki, Semyon Ştirev Rusiyanın qadınlardan ibarət yığmasının sabiq baş məşqçisidir.