"Moskva İrəvan-Bakı münasibətlərində yaranan mənfi tendensiyadan narahatdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Bu barədə 12 yanvar tarixində Report məlumat verib.
O bildirib ki, qarşılıqlı ittiham regionda gərginliyin artması ilə müşayiət olunur: "Rusiya tərəfləri kompromis həll yolları axtarmağa çağırır və bunun üçün yardım göstərməyə hazırdır".
Mariya Zaxarova söyləyib ki, rəsmi Moskvanın Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsi ilə bağlı təklifi qüvvədədir: “İrəvan, təəssüf ki, dekabrda Moskvada Azərbaycan tərəfi ilə danışıqlar aparmaq fürsətini əldən verdi. Amma təklif hələ də qüvvədədir. Moskva görüş üçün platforma təqdim etməyə hazırdır”.