Abşeronda bıçaqlanma olub. Bu barədə APA 14 aprel tarixində məlumat verib.
Masazır qəsəbəsində Cavad Məmmədli kirayə yaşadığı evin həyətində aralarında yaranmış mübahisə zəminində evdən götürdüyü bıçaqla Murad Vəliyevi bıçaqlayıb.
Cavad Məmmədli şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.