Abşeron rayonunun Masazır qəsəbəsində kuryerin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının yeni görüntüləri yayılıb. Bu haqda 10 fevral tarixində Oxu.az məlumat verib.
Hadisə dünən günorta saatlarında Əliağa Vahid küçəsində qeydə alınıb.
Hərəkətdə olan mopedin dayanacaqda dayanan marşrut avtobusuna çarpılması nəticəsində sürücü-kuryer yerə yıxılmış, daha sonra isə eyni istiqamətdə hərəkətdə olan yük maşınının təkərləri altında qalmış, nəticədə həyatını itirmişdir.
Faktla bağlı araşdırma aparılır.