Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun Masazır qəsəbəsində qanunsuz tikintinin qarşısını alıb. Bu barədə dekabrın 7-də APA xəbər yayıb.
Belə ki, Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində təsdiq edilən layihədən kənara çıxılaraq, nəzərdə tutulan yaşayış obyektindən fərqli binanın tikildiyi aşkar olunub.
Tikinti işləri qanunsuz aparıldığı, inşaat normaları pozulduğu üçün dayandırılıb və obyekt nəzarətə götürülüb.