Masazırda yolun kənarında körpə meyiti tapılıb. Bu barədə 18 yanvar tarixində “Qafqazinfo” məlumat verib.
Belə ki, ilkin məlumata görə, sellofan torbaya qoyularaq küçəyə atılan uşaq tapılanda artıq ölmüş vəziyyətdə olub.
Hadisə şahidləri bildiriblər ki, yeni doğulmuş körpə maşınların sürətlə irəlilədiyi yolun kənarında aşkarlanıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
[gallery columns="1" link="file" size="full" ids="102001"]