Rejissor Mətləb Muxtarovun "12/35" sənədli filmi FIPADOC Beynəlxalq Sənədli Film Festivalında nümayiş olunub. Bu haqda 26 yanvar tarixində Apa məlumat verib.
Film tamaşaçılar və festivala qatılan kino adamları tərəfindən maraqla qarşılanıb. M.Muxtarovun sözlərinə görə, "12/35" filmi Sumqayıtda keçmiş sakinlərin xatirələri əsasında ərsəyə gəlib. Filmdə 12/35 saylı binada yaşayan, Sovet Azərbaycanı ilə postsovet Azərbaycanı arasında qalmış bir nəslin taleyi əks etdirilir.
"12/35" sənədli filmi ötən il Azərbaycanda keçirilən "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalında "Ən yaxşı yerli qısametrajlı sənədli film" nominasiyasında qalib olub.
Qeyd edək ki, FIPADOC Beynəlxalq Sənədli Film Festivalı Fransanın Biarritz şəhərində 20-28 yanvar tarixlərində keçirilir.