Bakının “Medera Hospital”ında sertifikasiyadan keçməyən işçilərin tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı aşkarlanıb. Bu barədə martın 22-də Qafqazinfo xəbər paylaşıb.
Nəticədə klinika barəsində “sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması” maddəsilə protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Sözügedən maddəyə əsasən, hüquqi şəxslər 6 000 - 8 000 manat məbləğdə cərimə edilir.