Abşeron polisi Mehdiabad sakinini saxlayıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 6 dekabr tarixində xəbər verir.
Abşeron polisi tərəfindən rayon ərazisində bir avtomobildən 150 manat pul, 2000 manat dəyərində üzük, maqnitofon, səsgücləndirici, sənəd, qəbiristanlıqdan təmir-tikinti alətləri, metal qapı, 2 evdən pul, samovar, kombi və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini F.Əhmədov saxlanılıb.
Araşdırma aparılır.