Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər görənlər üçün nəzərdə tutulmuş növbəti yardım təyyarəsi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yola düşüb. Bu barədə Report 16 fevral tarixində məlumat verib.
Bu gün, səhər saatlarında 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırılacaq.
Ötən gün də humanitar yardım təyyarəsi ilə bölgəyə çadırlar və qızdırıcılar yola salınmışdı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-dan etibarən Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım təyyarələri göndərir. Bu yardımlar çərçivəsində zəlzələdən zərər çəkmiş şəxslərə müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar çatdırılıb.
[caption id="attachment_105698" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]