Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzində yerləşən Linkoln parkında Novruz bayramı qeyd edilib. Bu barədə martın 23-də AZƏRTAC məlumat yayıb.
Yüzlərlə insanın, turistlərin, diplomatik korpusun nümayəndələrinin qatıldığı tədbir həmin ölkədəki səfirliyimizin təşkilatçılığı ilə həyata keçirilib.
Açılışda Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu bayram haqqında məlumat verib. O, həmçinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin olduğunu qeyd edib.
“İpək yolu” rəqs qrupu tərəfindən milli rəqslər nümayiş etdirilib, qonaqlar “Yallı” rəqsimizi birlikdə oynayıblar.