Bakı Metropolitenində oğurluq edən şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 10 dekabr tarixində xəbər verir.
Metro stansiyasında Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanını qeyri-aşkar şəraitdə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.