“Qarabağ” klubu AFFA İntizam Komitəsi tərəfindən cərimələnib. Bu barədə Report 11 aprel tarixində məlumat verib.
Buna səbəb Premyer Liqanın XXIX turunun “Kəpəz”lə ev oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasıdır.
Bu, Ağdam klubunun 1600 manat məbləğində cərimələnməsi ilə nəticələnib.
Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.