İmişli rayonunda yol qəzası baş verib. Nəticədə iki nəfər yaralanıb. Bu haqda martın 25-də Report məlumat verib.
Şəhərin mərkəzi ərazisində iki avtomobilin toqquşması nəticəsində iki şəxs xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar. Yaralılardan biri müştərək travma alıb, digəri isə reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.