İqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasına gəlib. Bu barədə 7 fevral tarixində APA məlumat verib.
Nazir bu gün Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində sahibkarlarla görüş keçirəcək.
Görüşdə sahibkarların yeni təklifləri dinləniləcək, bu sahənin inkişafı istiqamətində görüləcək işlər müzakirə olunacaq.