Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Bu barədə Report 7 mart tarixində məlumat verib.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 13 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi haqqında;
- “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);
- “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);
- İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş);
- Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş);
- “Elektroenergetika haqqında” qanun layihəsi (ikinci oxunuş);
- “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş);
- Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik layihəsi (ikinci oxunuş);
- “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanun layihəsi (ikinci oxunuş);
- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş);
- Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş);
- “Banklar haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş);
- “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).