Milli Məclisin deputatları azad edilən ərazilərə səfər edəcəklər. Bu haqda 26 yanvar tarixində Report məlumat verib.
Bu haqda parlamentin Aqrar siyasət komitəsinin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planında qeyd olunub.
Belə ki, komitə üzvlərinin işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanışlığı və aqrar sahəsinin inkişafı üçün vacib məsələlərin müzakirəsi nəzərdə tutulur.